Gürcüstanın Qardabani rayonunda gözlənilməz hadisə baş verib.
AZƏRTAC xəbər verir ki, dekabrın 22 -də axşam saatlarında Qardabani Bələdiyyə binasının qarşısında quraşdırılmış Yeni il yolkası yanıb.
İnsanlar yenicə işıqlandırılmış Yeni il yolkasının ətrafına toplaşıblar. Birdən yanğın baş verib və alov qısa zamanda bütün konstruksiyanı bürüyüb, nəticədə Yeni il dekorasiyası tamamilə yanıb.
Hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı hələ ki heç bir məlumat verilməyib.