Qəbələdə evdə partlayış olub - YENİLƏNİB + FOTO/VİDEO
Yusif Nəzərli
12:02 06.02.2023
Hadisə
384
Fövqəladə Hallar Nazirliyi Qəbələdə fərdi evdə baş vermiş partlayışla bağlı məlumat yayıb.
Qeyd olunub ki, nazirliyin “112” qaynar telefon xəttinə Qəbələ şəhəri, M.Mərdanov küçəsində yerləşən fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qəbələ Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus, ümumi sahəsi 130 kvadratmetr olan birmərtəbəli üçotaqlı fərdi evin mətbəxində, ilkin ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunan partlayışın baş verdiyi müəyyən edilib.
Partlayış dalğasının zərbəsindən mətbəxin pəncərə çərçivələri yerindən çıxıb, yanğın nəticəsində soyuducunun arxa hissəsində elektrik naqilləri və mətbəxin lambirdən ibarət divar üzlüyü 0,5 kvadratmetr sahədə yanıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Faktla bağlı araşdırma aparılır.
12:08
Qəbələdə qaz sızmasından yaşayış evində partlayış baş verib.
APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə səhər saatlarında olub.
Nəticədə Qəbələ şəhər sakini Zəkəriyev İlkin Faiq oğluna məxsus yaşayış evinin 130 kvadratmetr hissəsi dağılıb.
Hadisə nəticəsində evə ciddi ziyan dəyib. Xəsarət alan yoxdur.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hande və CeyLo bir arada
05:05 25.09.2026
Şou
Müasir insanın bu 7 vərdişi onu xəstə edir
04:24 25.09.2026
Sağlamlıq
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual