Rusiyada Məmmədəli Ağayev barəsində verilən qərar açıqlandı - YENİLƏNDİ
13:56 29.08.2025
Hadisə
356
Moskva Akademik Satira Teatrının keçmiş direktoru Məmmədalı Ağayev Moskvanın Taqanski Rayon Məhkəməsinə aparılıb və onun barəsində “xüsusi külli miqdarda dələduzluq işi” üzrə həbs qətimkan tədbiri seçiləcək.
Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Ağayev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaqın vəsatətinə baxılması üçün məhkəməyə gətirilib”, - məlumatda bildirilib.
***
Rusiyada Moskva Akademik Satira Teatrının keçmiş direktoru Məmmədəli Ağayevə (azərbaycanlıdır - red.) qarşı “külli miqdarda dələduzluq” ittihamı irəli sürülüb.
Teleqraf xəbər verir ki, bu barədə TASS-a Moskva prokurorluğundan məlumat verilib.
“Paytaxt teatrlarından birinin keçmiş direktoru bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq, xüsusilə külli miqdarda (Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü bəndi) dələduzluqda ittiham olunur”, - qurumdan bildirilib.
Qeyd edilib ki, guya təqsirləndirilən şəxs və əlaltıları 20 milyon rubla yaxın pul mənimsəyiblər. Yaxın vaxtlarda onun barəsində qabaqlayıcı tədbir seçiləcək.
“İşin istintaqı” paytaxt prokurorluğunun nəzarətindədir.
Qeyd edək ki, bundan əvvəl Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk Federal Təhlükəsizlik Xidmətinin 20 milyon rubl məbləğində büdcə vəsaitini mənimsəməkdə şübhəli bilinən Moskvanın ən böyük teatrlarından birinin keçmiş direktorunu saxlaması barədə məlumat vermişdi.
M.Ağayev 1985-ci ildən teatrda baş inzibatçı, direktor köməkçisi, direktor müavini vəzifələrində çalışıb, 1992-ci ilin noyabrından 2021-ci ilin dekabrınadək isə Moskva Akademik Satira Teatrının direktoru olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər
19:17 08.10.2026
Cənubi Qafqaz
HƏMAS-ın hərbi qanadının komandiri öldürüldü
19:09 08.10.2026
Dünya
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə