Salyanda məktəblilər tüstüdən zəhərləniblər

Salyanda məktəbdə şagirdlər tüstüdən kütləvi zəhərləniblər.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Noxudlu kənd orta məktəbində baş verib.

İlkin məlumata görə, 11 şagirdin, 2 əməkdaşın məktəbi qızdırmaq üçün istifadə olunan yanacağın tüstüsündən zəhərlənərək xəstəxanaya yerləşdirildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.