Şəkidə fərdi evdə partlayışla müşayiət olunan yanğın olub.
Hadisə rayonun Baş Zəyzid kəndində, Əhməd Soltanova məxsus birmərtəbəli, üç otaqdan ibarət yaşayış evinin zirzəmisində qeydə alınıb. Partlayışdan sonra zirzəminin tavan hissəsində yanğın başlayıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.