Sumqayıtda Rusiya vətəndaşının meyiti tapılıb

Sumqayıtda evdən meyit tapılıb

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində baş verib.
Araşdırmalar zamanı meyiti tapılan şəxsin Rusiya vətəndaşı 1989-cu il təvəlüdlü Yusifov Ağasif Qurban oğlu olduğu müəyyən edilib.

Meyit müayinə üçün aidiyyəti üzrə təhvil verilib.

34 yaşlı kişinin ölüm səbəbi aparılan ekspertizanın nəticələrindən sonra məlum olacaq.