İranla ABŞ arasında hərbi qarşıdurma yenidən alovlanarsa, münaqişə daha geniş miqyas alaraq bir çox ölkə üçün ciddi problemlər yarada bilər.
Sherg.az xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Fəda-Hüseyn Maleki "RİA Novosti"yə açıqlamasında bildirib.
“Əgər onlar İranı küncə sıxışdırmağa, onu ‘batırmağa’ çalışsalar, İran özü ilə birlikdə bir çox başqa ölkəni də sürükləyəcək”, -deyə deputat vurğulayıb.
O qeyd edib ki, İran ağır iqtisadi vəziyyətdə olsa da, ABŞ və Avropa da enerji sahəsi daxil olmaqla ciddi problemlərlə üzləşir.