Telefonlarını zibilliyə atdı: Bələdiyyə tapıb gətirdi
11:04 26.09.2024
Hadisə
440
Antalyanın Serik bölgəsində yaşayan Xədicə Karacan təxminən 100 min lirə dəyərində iki cib telefonunu səhvən evdən çıxan tullantılarla birlikdə zibilliyə atıb. Sonradan bunu fərq edən X.Karacan bələdiyyəyə xəbər verib.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, sakindən məlumat alan bələdiyyə işçiləri hərəkətə keçiblər. 60 yaşlı Xədicə Karaca səhər saatlarında evindəki zibilləri konteynerə atmaq üçün çölə çıxıb. Geri qayıdanda iki mobil telefonunun olmadığını anlayan Karaca telefonları səhvən atmış ola biləcəyini düşünüb və əvvəlcə qonşularından, sonra isə Serik Bələdiyyəsi Təmizlik İşləri Müdirliyindən kömək istəyib. Bundan sonra Təmizlik İşləri Müdirliyi qrupları təxliyyə mərkəzində yığılan zibilin içindən itən telefonları tapmaq üçün işlərə başlayıb. Hər iki cib telefonunu salamat aşkar edən qruplar telefonun sahibi Xədicə Karacaya zəng edərək məlumat veriblər. Telefonlarını itirdiyinə çox üzüldüyünü bildirən X.Karaca, "səhər əlimdəki zibili atmaq üçün evdən çıxdım. Geri döndükdən sonra telefonlarımın evdə olmadığını anladım. Sonra yadıma düşdü ki, deyəsən, telefonları da səhvən zibillərlə birlikdə atmışam. Əvvəlcə qonşulara dedim, onların yardımı ilə bələdiyyəyə zəng etdik. Bələdiyyə işçilərinin köməyi ilə telefonlarımı tapıb təhvil verdilər. Telefona çox ehtiyacım var. Uşaqlarım başqa ölkədə yaşayır, işləyirlər, Ankarada qohumlarım var, onlarla əlaqə saxlayıram. Telefonlarım itdi deyə çox üzülmüşdüm, amma indi çox sevindim”, deyib. Boğazkent rayon Təmizlik İşləri Müdirliyindən məsul Yusuf Kurt, "cib telefonlarını səhvən zibil qabına atdığını söylədi. Zibilləri yığdığımız üçün ona ancaq boşaldıqda baxa biləcəyimizi söylədim. Axşam maşındakı zibilləri boşaltdıq, zibil torbalarına bir-bir baxdıq, axtardıq, nəhayət, telefonları tapdıq, təslim etdik”, söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual
Rusiyadan açıq hədə: Növbədə bu ölkələrdir
18:10 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
18:01 24.08.2026
Region
Rusiyada səfərbərliyə hazırlıq gedir
17:55 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
17:52 24.08.2026
Region
Tramp: İran tamamilə çökür
17:47 24.08.2026
Dünya