
Təmizlik işçisi yıxılıb öldü!- Fəhlə, özünü sən də bir insanmı sanırsan?!
Yusif Nəzərli
11:41 16.11.2021
Hadisə
655
“Şüşələrin təmizlənməsi sahəsində fəaliyyət göstərən şirkətlər, işləri həyata keçirən şəxslər mütləq sənaye alpinizminə dair kursu bitirməlidir”
Noyabrın 15-də paytaxtın Nəsimi rayonu S.Vurğun küçəsi 79 ünvanda “Təmizlik.az” şirkətinin işçisi Səid Hüseynlinin iş görərkən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Nəsimi Rayon Prokurorluğunun məlumatına görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, yuxarıda adıçəkilən şirkətin işçiləri Rauf və Səid Hüseynli Nəsimi rayonu S.Vurğun küçəsində yerləşən hündürmərtəbəli binanın 19-cu mərtəbəsində fasad şüşələrini silərkən kəndir ip qırılıb və Səid Hüseynli yıxılaraq ölüb.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.

Mövzu ilə bağlı "Sherg.az"a danışan təhlükəsizlik məsələləri üsrə ekspert Elmar Nurəliyev bildirib ki, şüşələrin təmizlənməsi sahəsində fəaliyyət göstərən şirkətlər, işləri həyata keçirən şəxslər mütləq sənaye alpinizminə dair kursu bitirməlidir:
"Həmin şəxslər fərdi qaydada sığortalanırlar. Bu , bədbəxt hadisə baş verəndə hüquqi məsələlərin qarşısını almaq üçün lazımdır. İşçilər təhlükə risklərinə aid hər şeyi nəzərdən keçirməlidir.Texniki təhlükəsizlik əməyin mühafizəsi qaydasına dair yoxlanış üçün - “yoxlama buraxılış jurnalı” imzalanmalıdır".
Ekspertin sözlərinə görə, təmizlik işçiləri binanın fiziki göstəricilərinə uyğun fərdi mühafizə vasitələriylə təchiz olunmalıdır:
"Sənaye alpinizmində istifadə edilən avadanlıqlar belə sertifikasiyadan keçməlidir. Əgər nərdivanda işləyəcəksə, onu şüşəyə, pəncərəyə dayamaq olmaz. Günün qaranlıq vaxtı işlərin görülməsi yolverilməzdir. Şüşələri təmizləyən əməkdaşlar kursu bitirmiş, sertifikasiyalı şəxslər seçilməlidir. Əsas təhlükəsizlik amili hava şəraitidir. Şüşənin qalınlığı da nəzərə alınmalıdır. Zədələnmiş şüşələrə xüsusi diqqət yetirilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Naftalanda 3 məktəblini maşın vurub - YENİLƏNİB
22:54 20.11.2026
Hadisə
Hörmüz boğazından çıxan tanker vurulub
21:47 20.11.2026
Dünya
"Sabah" "Sumqayıt"ı darmadağın etdi
21:35 20.11.2026
Futbol
Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
21:23 20.11.2026
Dünya
Estoniya diplomatı Rusiya XİN-ə çağırıldı
20:40 20.11.2026
Aktual
Bakıda Cənubi Koreyanın milli bayramı qeyd edildi
20:25 20.11.2026
Siyasət
KİV: ABŞ və İsrail İrana yeni zərbələr endirməyə hazırlaşır
20:17 20.11.2026
Gündəm
Britaniya Rusiyaya və Çinə qarşı kiberəməliyyatlar həyata keçirir
20:04 20.11.2026
Dünya
Bakı metrosunda texniki xəta baş verdi - Qatarlar gecikdi
19:47 20.11.2026
Hadisə
İŞİD-ə qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirildi
19:10 20.11.2026
Hadisə
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlandı
18:53 20.11.2026
Sosial
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
18:48 20.11.2026
Dünya
Naftalanda 3 məktəblini maşın vurub
18:37 20.11.2026
Hadisə
Pul yoxdur, xalq etiraz edir - Pezeşkian
18:24 20.11.2026
Dünya