
Toy sevinci vaya döndü: Bibi bəyi güllə ilə vurub öldürdü
11:47 27.08.2025
Hadisə
410
Türkiyənin Şərqi Qara dəniz bölgəsində son günlər toy mərasimlərində atəş açılması nəticəsində ölüm halları artmaqdadır. Keçən həftə Trabzonun Çaykara rayonunda gəlinalma mərasimi zamanı təsadüfi açılan atəş bir nəfərin ölümünə, 2 nəfərin də yaralanmasına səbəb olmuşdu. Bu hadisədən bir həftə sonra oxşar faciə bu dəfə Giresunun Şebinkarahisar rayonunda baş verib.
Sherg.az xəbər verir ki, hadisə dünən gecə Turpçu kəndində qeydə alınıb. İlçə mərkəzində keçirilən toydan sonra Beyzanur Beyazıt ilə Ali Karaca evlərinə yola salınırdı. Bu zaman ailə üzvləri silahla havaya atəş açaraq sevinclərini ifadə edirdilər. Lakin açılan atəş zamanı bəy Ali Karacanın sinəsinə güllə dəyib.

Xəbər verilən kimi hadisə yerinə təcili yardım və jandarma çağırılıb. Ali Karaca Şebinkarahisar dövlət xəstəxanasına çatdırılsa da, bütün müdaxilələrə baxmayaraq xilas edilə bilməyib.
Ərazidə araşdırma aparan jandarma, bəyin bibisi F.K.-nı (47) silahla atəş açmaqda şübhəli bilərək saxlanıb. F.K.-ya məxsus həyətdə 2 ədəd icazəsiz tapança aşkarlanıb. Hadisə ilə bağlı istintaq başladılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"İmişli" klubu məşqçisi və şef-skautu ilə yollarını ayırdı
19:24 08.10.2026
Futbol
II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər
19:17 08.10.2026
Cənubi Qafqaz
HƏMAS-ın hərbi qanadının komandiri öldürüldü
19:09 08.10.2026
Dünya
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə