Türkiyədə axtarışda olan şəxs Bakıda saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, şübhəli Azərbaycan və Türkiyə polisinin birgə keçirdiyi əməliyyat nəticəsində saxlanılaraq qardaş ölkəyə göndərilib.
Məlumata görə, sözügedən şəxs qəsdən adam öldürmə, narkotik vasitələrlə bağlı cinayətlər, həmçinin qanunsuz odlu silah daşıma ittihamları üzrə axtarışda idi.
Türkiyə tərəfi əməkdaşlıq çərçivəsində Azərbaycan Daxili İşlər Nazirliyinə və digər aidiyyəti qurumlara minnətdarlığını bildirib.