Türkiyə hava məkanında Liviya Baş Qərargah rəisi general Məhəmməd Əli əl-Həddadın olduğu deyilən təyyarə ilə əlaqə kəsilib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.
Məlumata görə, Əsənboğa hava limanından Liviyanın Tripoli şəhərinə uçan "Falkon 50" təyyarəsi ilə əlaqə kəsilib.
Qeyd edək ki, bu gün Həddad Türkiyənin Baş Qərargah rəisi Səlcuq Bayraqdaroğlu və milli müdafiə naziri Yaşar Gülərlə görüşüb.