Vladimir Jirinovski öldü
Yusif Nəzərli
10:33 06.04.2022
Hadisə
463
Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri və Dövlət Dumasının deputatı Vladimir Jirinovski ölüb.
"Report" xəbər verir ki, bunu Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.
O, 75 yaşında dünyasını dəyişib.
V.Jirinovski bir müddət əvvəl koronavirusa yoluxmuşdu və xəstəxanada müalicə olunurdu.
Qeyd edək ki, Vladimir Volfoviç Edelşteyn 1946-cı il aprelin 4-də Qazaxıstanın Almatı şəhərində anadan olub. Atası Volf İsaakoviç Edelşteynin (1907-1983) milliyəti yəhudi, anası Aleksandra Pavlovna Makarovanın isə milliyyəti rus olub. 1964-cü ildə Vladimir "Jirinovski" soyadını götürüb.
O, orta təhsili Astana şəhərində alıb. 1964-1970-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tərkibində olan Qərb Dilləri Universitetinin "Türk dili və ədəbiyyatı",1972-1977-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti hüquqşünaslıq fakültəsində təhsil alıb.
1990-cı ildə LDPSS-nin (Sovet İttifaqının Liberal Demokrat Partiyası) üzvü olub. 1992-ci ildə Vladimir Jirinovski Rusiya Liberal Demokrat Partiyasının əsasını qoyub. 1993-2000-ci illər arasında Rusiya Federasiyası Dövlət Dumasının deputatı və LDPR fraksiyasının lideri olub.
2000-ci il yanvarın 18-də Rusiya Dövlət Dumasının sədr müavini seçilib. 2011-ci ildə isə yenidən LDPR fraksiyasının Dumadakı liderinə çevrilib. Ümumilikdə Vladimir Jirinovski Rusiya Federasiyası Dövlət Dumasının 8 çağırışından 8-ində (1993, 1995, 1999, 2003, 2007, 2011,2015,2019) iştirak edib və 3 çağırışda (1999-2011) sədr müavini seçilib. O, bir neçə dəfə Rusiya prezidentliyinə namizəd olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Parisdə keçirilən mitinqdə 28 min insan iştirak edib
20:37 17.11.2026
Dünya
Mark Rutte: Kırım körpüsünə hücumun uğurlu olduğu görünür
20:18 17.11.2026
Gündəm
Co Bayden: 2008-ci ildə Ukraynaya verilən vəd vaxtından əvvəl idi
20:10 17.11.2026
Gündəm
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb
19:48 17.11.2026
Hadisə
Baxçalıdan sosial mediaya məhdudiyyət çağırışı: “Artıq vaxtıdır”
19:41 17.11.2026
Gündəm
İranın Qeşm adasında partlayışlar baş verib
19:12 17.11.2026
Aktual
Məşhur şadlıq saraylarında nöqsanlar: Mal əti əvəzinə...
19:01 17.11.2026
Sosial
Sumqayıtda "Embawood"un anbarında ölüm hadisəsi olub
18:55 17.11.2026
Hadisə
Alen Simonyan: Katolikos II Qaregin milli təhlükəsizliyə təhdiddir
17:46 17.11.2026
Region
Uşağa qulluğa görə müavinət hüququ... - Yeni qayda
17:44 17.11.2026
Sosial
İranda üç etirazçı edama məhkum edildi
17:26 17.11.2026
Dünya
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
17:24 17.11.2026
İqtisadiyyat