Xaçmazda mopeddən yıxılan 48 yaşlı kişi ölüb

Xaçmaz rayonunda mopeddən yıxılan 48 yaşlı kişi xəstəxanada ölüb.

APA-nın məlumatına görə, hadisə rayonun Maqsudkənd kəndinin ərazisində baş verib.

Məlumata görə, kənd sakini 1977-ci il təvəllüdlü Həsrət Qüdrət oğlu Aşurov noyabrın 24-də idarə etdiyi “Minks” markalı mopeddən yıxılıb.

Xəstəxanaya yerləşdirilən H.Aşurov orada ölüb.

Faktla bağlı araşdırma aparılır.