Xocavənddə vəzifəli şəxs qəza nəticəsində ölüb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, rayonun statistika idarəsinin rəisi Fərnad Tahirov rayon ərazisində baş verən yol qəzasında həyatın itirib.
Bu barədə Xocavənd rayon icra hakimiyyətinin rəsmi “Facebook” səhifəsində məlumat yerləşdirilib.
"Təəssüf hissi ilə qeyd edirik ki, Xocavənd rayon Statistika İdarəsinin rəisi, Əmirallar kənd sakini Tahirov Fərnad Tahir oğlu bu gün keçirdiyi qəza nəticəsində vəfat etmişdir. Mərhumun ailəsinə dərin hüznlə başsağlığı veririk”, -məlumatda deyilir.