Yevlaxda 4 polis əməkdaşının olduğu xidməti maşın Kür çayına düşüb, həlak olan 1 polisin meyiti tapılıb  - YENİLƏNİB


Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində batan 1997-ci il təvəllüdlü Məmmədov Kamran Azər oğlunun axtarışları başa çatıb.

APA-nın Fövqəladə Hallar Nazirlyinin saytına istinadən verdiyi xəbərə görə, Kamran Məmmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.