Yevlaxda minik avtomobili Kür çayına düşüb


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yevlax şəhəri ərazisində içərisində 1 nəfərin olduğu "Fiat" markalı minik avtomobilinin Kür çayına düşməsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə bildirilib ki, hadisə yerinə FHN-nin Aran Regional Mərkəzinin xilasediciləri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Görülən tədbirlər nəticəsində avtomobil sudan çıxarılıb. Batması ehtimal olunan bir nəfərin axtarışları davam etdirilir.