Stoltenberq: Azərbaycan Ordusunun Türkiyə SQ ilə sıx əməkdaşlığı NATO ilə münasibətlərə əhəmiyyətli töhfə verəcək

NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycan Ordusunun hərbi qulluqçularının sülhməramlı missiyalarda nümayiş etdirdiyi peşəkarlığı və NATO ilə tərəfdaşlıq çərçivəsində digər sahələrdə fəaliyyətlərini yüksək qiymətləndirib.
Bu barədə NATO-nun Baş katibi martın 18-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşü zamanı bildirib.
Stoltenberq Ordumuzun Türkiyə Silahlı Qüvvələri ilə sıx əməkdaşlığının Azərbaycan-NATO münasibətlərinə də əhəmiyyətli töhfə verəcəyini xüsusi vurğulayıb.