Azad edilmiş ərazilərdə ötən ay 649 mina, 3079 PHS aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə iyul ayı üçün məlumat açıqlanıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 359 piyada əleyhinə mina, 290 tank əleyhinə mina, 3079 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 6905.4 hektar ərazi mina və PHS-lərdən təmizlənib.