Batumidə Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü başlayıb - VİDEO

Batumi şəhərində Türkiyə-Azərbaycan-Gürcüstan müdafiə nazirlərinin 11-ci üçtərəfli görüşü başlayıb.
APA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Görüşlərdə ikitərəfli və üçtərəfli formatda birgə hərbi əməkdaşlığın yeni perspektivlərinin, eləcə də regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi planlaşdırılıb.