Yəmənin şimalında iqtidarda olan Ənsar Allah (Husi) hərbi-siyasi hərəkatı İsrailin cənubuna və mərkəzinə kütləvi hücumlar həyata keçirdiyini açıqlayıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi məlumat yayıb.
“Biz Umm ər-Rəşraş bölgəsində düşmən İsrailin mühüm obyektlərini hədəf alan hərbi əməliyyat keçirdik. Əməliyyat dörd qanadlı raketdən istifadə edilərək həyata keçirilib və məqsədlərinə uğurla çatdı”, - nümayəndə bildirib.
Husilərin lideri Abdel Malik əl-Husi deyib ki, Təl-Əviv Qəzza zolağında döyüşləri dayandırmayınca İsrailə hücumlar dayanmayacaq.