İsrail Rusiya istehsalı olan silahları Ukraynaya vermək istəyir.
“Report” xəbər verir ki, bu barədə Ukraynanın İsraildəki səfirliyi feysbuk səhifəsində məlumat yayıb.
Qeyd olunub ki, Təl-Əvivin bu təşəbbüsü ümumi təhdidlərin tanınması istiqamətində mühüm addımdır.
Kiyev ümid edib ki, İsrail Rusiya istehsalı olan silahların Ukraynaya təhvil verilməsi ilə bağlı yekun qərar qəbul edəcək.