Belqorodda Ukrayna PUA-ları vuruldu

Rusiyanın Belqorod vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus üç pilotsuz uçuş aparatı (PUA) vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Moskva vaxtı ilə saat 13:20 radələrində növbətçi hava hücumundan müdafiə sistemləri Belqorod vilayətinin ərazisində Ukraynaya məxsus pilotsuz uçuş aparatını məhv edib”, - nazirliyin bəyanatında deyilir.

Qeyd edilib ki, sonra hava hücumundan müdafiə sistemləri saat 14:10 radələrində daha iki pilotsuz təyyarəni məhv edib.