Ukrayna ordusu 7 PUA ilə Krıma hücum etdi

Rusiya hava hücumundan müdafiə sistemləri Krım üzərində Ukraynaya məxsus 7 PUA-nı vurub.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu gün Moskva vaxtı ilə saat 19:15-dən 19:50-dək növbətçi hava hücumundan müdafiə sistemləri Krım ərazisi üzərində Ukraynaya məxsus 7 pilotsuz uçuş aparatını məhv edib.

Qeyd edək ki, bu gün Ukrayna ilin ən böyük PUA hücumunu həyata keçirib.