"Kuboku qazanmasaq, özümü öldürməyəcəm" - Qvardiola



"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda Zaqreb "Dinamo"su ilə oyun öncəsi turnirin qalibi olmaq şanslarından danışıb.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o,  hədəflərinin ÇL-i qazanmaq olduğunu deyib:

"Amma bəzən bu, mümkün olmur. Bəzən bir neçə il, bəzən isə daha uzun zaman alır. "Barselona" ilk Çempionlar Liqasının kubokunu 1992-ci ildə qazanıb. Qarşıdakı 10 ayı Çempionlar Liqasını qazanmamağın böyük uğursuzluq olacağı düşüncəsi ilə yaşayacağam. Qalib olmaq istəyirəm, amma bacara bilməsəm, bu, mənim həyatımı dəyişdirməyəcək. Kuboku qazanmasaq, özümü öldürməyəcəm".