Azərbaycan şahmatçısı Teymur Rəcəbov Dünya Kubokunun finalında ikinci görüşünü keçirib.
APA -nın məlumatına görə, 32 yaşlı qrossmeyster Rusiyanın Xanti-Mansiysk şəhərində keçirilən yarışın həlledici matçında çinli Dinq Lirenlə üz-üzə gəlib.
İlk qarşılaşmada heç-heçə oynayan həmyerlimiz bu dəfə məğlubiyyətə üzülüb – 0:1.