Azərbaycan şahmatçısı Teymur Rəcəbov Dünya Kubokunun finalında dördüncü görüşünü keçirib.
APA -nın məlumatına görə, 32 yaşlı qrossmeyster Rusiyanın Xanti-Mansiysk şəhərində keçirilən yarışın həlledici matçında çinli Dinq Lirenlə üz-üzə gəlib.
Matç heç-heçə yekunlaşıb və ümumi hesab 2:2 olub.
Qalib sabah keçiriləcək tay-brekdə bilinəcək.