“Qarabağ” növbəti dəfə erməni təxribatı ilə üzləşib.
Bu, Ağdam klubunun Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Düdelanj”la oyununda baş verib.
Lüksemburqdakı görüşün 31-ci dəqiqəsində - “Qarabağ”ın ikinci qolundan sonra meydançanın üzərində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağı dronla havalandırılıb. “Qarabağ” futbolçuları buna kəskin etirazını bildirib. Matçın baş hakimi Con Biton matçı yarımçıq dayandırıb.
Qeyd edək ki, oyun dayanarkən görüş “Qarabağ”ın 2:0 xeyrinə olub.
Erməni təxribatına görə Lüksembruqun idman naziri “Qarabağ” komandasının üzvlərinə yaxınlaşaraq onlardan üzr istəyib. O, daha sonra stadionun tribunasından baş verənləri təxribat adlandırıb və Azərbaycan tərəfindən üzr istəyib.
"Qarabağ" klubunun başqanı Tahir Gözəl erməni təxribatına görə ikinci hissədə UEFA nümayəndəsi və "Düdelanj" klubunun prezidenti ilə tribunada görüşüb.
Klub rəhbəri baş verənləri onlarla müzakirə edib. O, bu məsələyə lazımi qiymət verilməsini, oyun bitəndən sonra azarkeşlərin və komandanın stadiondan təhlükəsiz şəkildə ayrılmasını tələb edib.