Dünən Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçirilib.
Qol.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti matçına çıxıb. Ağdam təmsilçisi Lüksemburqda “Düdelanj”ın qonağı olub və 4:1 hesabı ilə qalib gəlib.
Qrupun digər oyununda "Sevilya" APOEL-i qəbul edib və 1:0 hesablı qələbə qazanıb. Bununla da "Qarabağ" qrupda ikinci yerdə qərarlaşıb.
Qeyd edək ki, Qurban Qurbanovun komandası birinci turda Bakıda "Sevilya"ya uduzmuşdu - 0:3.
3 oktyabr
A qrupu
23:00. "Düdelanj" (Lüksemburq) - "Qarabağ" (Azərbaycan) - 1:4
Qollar: Abdullah Zubir, 11 (0:1), Miçel, 31 (0:2), Almeyda, 38-pen (0:3), Dani Kintana, 69 (0:4), Bernier, 90 (1:4)
Qırmızı vərəqə: Qaros, 62-ikinci sarı vərəqə ("Düdelanj")
Hakimlər: Con Biton, Daniel Makfarlan, Duqlas Potter, Donald Robertson (hamısı Şotlandiya).
Lüksemburq. “Jozi Bartel” stadionu.
23:00. "Sevilya" (İspaniya) - APOEL (Kipr) - 1:0
Qol: Çiçarito, 18