Çempionlar Liqasında qrup mərhələsinin II turunun ən yaxşı futbolçusu müəyyənləşib.
APA -nın məlumatına görə, həftənin oyunçusu mükafatına “Bavariya”nın futbolçusu Serj Qnabri layiq görülüb.
24 yaşlı vinger UEFA-nın keçirdiyi səsvermədə hamını qabaqlayıb. Bunda onun “Tottenhem”lə qarşılaşmada poker etməsi rol oynayıb.
Qeyd edək ki, “Bavariya” səfərdə 7:2 hesabı ilə qələbə qazanıb.