Türkiyə Super Liqasının 7-ci həftəsində "Beşiktaş" öz sahəsində lider "Aydamız Alanyasporu" məyus edib.
Sherg.az xəbər verir ki, Vodafone Parkda oynanan mübarizəni "Beşiktaş" 2-0 qazanıb.
"Beşiktaş"ın qollarını 52-ci dəqiqədə penaltidən Burak Yılmaz və 69-cu dəqiqədə Diaby vurub.
Bu nəticə ilə "qara qartal"lar xalını 8-ə yüksəldib və 14-cü sırada yer alıb. "Alanyaspor" isə 14 xalla liderliyini davam etdirir.