Belçikalı deputat: "Qarabağ"ın oyunu zamanı yaşananlar qəbuledilməzdir”

“Qarabağ"- “Düdelanj" oyunu zamanı yaşananlar qəbuledilməz hadisədir. UEFA bu məsələdə tərəf tutmamalı və klubu cəzalandırmalıdır.

Lent.az -ın məlumatına görə, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib ki, bu sözləri Belçika Parlamentinin deputatı Şevket Temiz bildirib.

“Qarabağ beynəlxalq hüquqda da Azərbaycan torpağıdır. Ermənistan Azərbaycanın torpaqlarını işğal edib. Beynəlxalq sənədlərdə Ermənistan işğalçı dövlət kimi tanınır. Azərbaycanın haqlı mövqeyi müdafiə olunur. Təəssüf ki, ATƏT Minsk qrupunun fəaliyyətində 1994-cü ildən bu günə qədər heç bir irəliləyiş yoxdur. Bu, bizi narahat edir.

Ümumiyyətlə, idman yarışlarını siyasət, şiddət və təxribat fəaliyyətlərinin meydanı olmamalıdır. UEFA-dan cəsur qərar - cəza gözləyirik. Həm də Azərbaycan təxribatla bağlı hərəkətə keçməlidir”, - deyə deputat açıqlamasında qeyd edib.