İsveçli hücumçu Zlatan İbrahimoviçə doğulduğu Malmö şəhərində heykəl ucaldılıb.
MSN xəbər verir ki, tünc heykəlin çəkisi 1,5 ton, hündürlüyü isə 2,7 metrdir.
Abidənin açılış mərasimində iştirak edən 38 yaşlı futbolçu bundan qürur hissi duyduğunu bildirib.
“Nyu-Yorkda Azadlıq heykəli, Malmödə isə Zlatan heykəli var”, - mərasimdə söz alan İbrahimoviç belə zarafat edib.