“Milan”ın yeni baş məşqçisi müəyyənləşdi

İtaliyanın “Milan” klubunun yeni baş məşqçisi müəyyənləşib.

APA -nın məlumatına görə, bu posta Stefano Pioli təyin olunub.

O, istefaya göndərilən Marko Campaolonu əvəzləyib. Yeni baş məşqçi ilə 2 illik müqavilə imzalanıb.

Anlaşmanın maliyyə tərəfi rəsmən açıqlanmır. Lakin İtaliya KİV-inin iddiasına görə S.Pioli ildə 1,5 milyon avro qazanacaq.

Qeyd edək ki, 53 yaşlı mütəxəssis əvvəllər “İnter”, “Latsio”, “Bolonya”, “Parma”, “Kyevo”, “Palermo”, “Sassuolo” və “Fiorentina”da çalışıb.