"Yuventus"un və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldunun adı stadiona veriləcək.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Sportinq" (Lissabon) klubu stadionuna keçmiş futbolçusu Ronaldunun adını verməyi planlaşdırır. Klubun prezidenti Federiko Varandas məsələylə bağlı danışaraq, bunları deyib:
"Ronaldunun adını klubumuzla, stadionumuzla əlaqələndirməkdən qürur duyarıq. Aşağı yaş komandalarının yerləşdiyi binanın divarlarında Ronalduya aid bir çox məlumat, şəkil var. Stadiona da onun adını vermək bizi daha da qürurlandırar. O, bütün dövrlərin ən yaxşı portuqaliyalı futbolçusu və tarixin ən yaxşı idmançılarından biridir".
Portuqaliya təmsilçisinin stadionun adını dəyişmək üçün Ronaldunun karyerasını bitirməsini gözlədiyi bildirilir.
"Sportinq"in yetirməsi olan və peşəkar karyerasına bu klubda başlayan Ronaldu, 2002-2003-cü illərdə bu komandanın şərəfini qoruyub.