Dünyanın ən yaxşı gənc futbolçusuna verilən "Golden Boy-2019" mükafatına namizədlər açıqlanıb.
Lent.az qol.az-a istinadən xəbər verir ki, namizədlər sırasında 20 oyunçu yer alıb.
Matteys de Liqt ("Yuventus", Hollandiya), Alfonso Devis ("Bavariya", Kanada), Canluici Donnarumma ("Milan", İtaliya), Ansu Fati ("Barselona", İspaniya), Filip Foden ("Mançester Siti", İngiltərə), Matteo Qenduzi ("Arsenal", Fransa), Erlinq Xoland ("Zalsburq", Norveç), Kay Xaverts ("Bayer", Almaniya), Joau Feliks ("Atletiko", Portuqaliya), Deyan Yoveliç ("Ayntraxt", Serbiya), Moyze Kin ("Everton", İtaliya), Li Kan İn ("Valensiya", Cənubi Koreya), Andrey Lunin ("Valyadolid", Ukrayna), Donell Malen (PSV, Hollandiya), Meyson Maunt ("Çelsi", İngiltərə), Rodriqo ("Real", Braziliya), Ceydon Sanço ("Borussiya" Dortmund, İngiltərə), Ferran Torres ("Valensiya", İspaniya), Vinisius Junior ("Real", Braziliya), Nikolo Dzanolo ("Roma", İtaliya)
Qeyd edək ki, "Golden Boy" yaşı 21-ə qədər olan ən yaxşı futbolçuya verilir. Ötən il bu mükafatı həmin vaxtda "Ayaks"da oynayan Matteys De Liqt qazanıb.
Xatırladaq ki, qalibin adı dekabrın 16-ı açıqlanacaq.