“Arsenal”da çətin günlər keçirən və adı “Fənərbaxça” ilə də keçən Məsud Özil iddialara aydınlıq gətirib, son sözü söyləyib.
Lent.az Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, İngiltərə Premyer Liqada “Arsenal” forması geyən Məsud Özil haqqında çıxan iddialarla bağlı danışıb.
Türk əsilli almaniyalı ulduz xüsusi bir müsahibə verərək son vəziyyətinə aydınlıq gətirib. “Arsenal”ın baş məşqçisi Unai Emeri tərəfindən heyətdə yer verilməyən Məsud, məsuliyyətinin fərqində olduğunu və ayrılmaq kimi bir niyyətinin olmadığını bəyan edib.
Müqaviləsinin 2021-ci ilə qədər davam etdiyini xatırladan Məsud, səhvlərini hər zaman qəbul etdiyini və yenidən formasını alacağını qeyd edib.
Yayılan ayrılıq xəbərlərini təkzib edən təcrübəli yarımmüdafiəçi "Heç bir yerə getmirəm" vurgusunu edib. 31 yaşındakı ulduz, yaşadığı təcavüz hadisəsi, heyətə düşməməklə bağlı vəziyyəti və davamlı çıxan ayrılıq xəbərlərinə qarşı Londonda – “Arsenal”da qalacağını bildirib.