"Qarabağ"ın oyununda 30 min Azərbaycan bayrağı dalğalanacaq

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ” bu gün Kiprin APOEL klubunu qəbul edəcək.

Qol.az xəbər verir ki, matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunun tribunalarına 30 min Azərbaycan bayrağı düzülüb. Bayraqlar 60x40 ölçüsündədir.

Qeyd edək ki, sözügedən matç saat 20:55-də başlayacaq.