İngiltərənin “Mançester Yunayted” futbol klubunun zədəli futbolçusu Pol Poqbanın durumuna aydınlıq gəlib. Fransalı yarımmüdafiəçi dekabradək yaşıl meydanlardan uzaq qalacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Mançester təmsilçisinin baş məşqçisi Ole-Qunnar Sulşer İngiltərə mətbuatına açıqlamasında bildirib.
Qeyd edək ki, Pol Poqba sonuncu dəfə Premyer Liqanın VII turu çərçivəsində “Arsenal”la (1:1) matçda meydana çıxıb.