İtaliyanın “Fiorentina” klubunun fransalı yarımmüdafiəçisi Frank Riberi cəzalandırılıb.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi İtaliya çempionatının 10-cu turunda öz meydanında “Latsio”ya məğlub olduqları görüşdən (1:2) sonrakı davranışlarına görə 3 oyun meydandan kənarda qalacaq. Bundan başqa, o, 20 min avro cərimə ödəməlidir.
Xatırladaq ki, oyunun 89-cu dəqiqəsində qonaqların ikinci qolu zamanı fransalı futbolçu baş hakimin qərarından narazı qalıb və bunu yan xətt hakiminə həddən artıq emosional şəkildə bildirib. Hətta iki dəfə hakimi itələyib. O, buna görə qırmızı vərəqə də alıb.