Şahmatçılarımızın Ermənistanla oyun üçün heyəti AÇIQLANDI

Gürcüstanın Batumi şəhərində komandalararası Avropa çempionatı davam edir.

APA -nın məlumatına görə, Azərbaycan kişi və qadınlardan ibarət milli komandalarının VIII tur üçün heyətləri açıqlanıb.

Kişilərin mübarizəsində Ermənistanla oynayacaq yığmanın heyətində Şəhriyar Məmmədyarov yenə birinci lövhədə yer alacaq. O, rəqibin lideri Levon Aronyanla qarşılaşacaq. Digər lövhələrdə Arkadi Naydiç, Qədir Hüseynov və Eltac Səfərli çıxış edəcək.
Qadınlardan ibarət milli isə Fransanı sınağa çəkəcək.

Qeyd edək ki, 9 turdan ibarət olacaq yarış noyabrın 2-də bitəcək.

Avropa çempionatı
VIII tur
Kişilər

AZƏRBAYCAN – ERMƏNİSTAN

Şəhriyar Məmmədyarov – Levon Aronyan
Arkadi Naydiç – Qabriel Sarkisyan
Qədir Hüseynov – Qrant Melkumyan
Eltac Səfərli – Arman Paşikyan
Turnir cədvəli: 1. Rusiya – 12 xal, İngiltərə, 3. Ukrayna – hər ikisi 11, ...6. Ermənistan, 7. Azərbaycan – hər ikisi 9.

Qadınlar
FRANSA – AZƏRBAYCAN

Sofi Milye – Günay Məmmədzadə
Paulin Quşar – Xanım Balacayeva
Almira Skripçenko – Ülviyyə Fətəliyeva
Nataşa Beneşba – Gülnar Məmmədova
Turnir cədvəli: 1. Rusiya – 13 xal, 2. Gürcüstan - 11, 3. Azərbaycan - 10, ...6. Fransa - 9.