Azərbaycan – Uels oyununun biletləri satışdadır

Azərbaycan milli komandasının Avro-2020-nin seçmə mərhələsindəki son ev oyununun biletləri satışa çıxarılıb.

APA -nın məlumatına görə, bilet satışına noyabrın 16-da keçiriləcək Uels yığması ilə görüşdən 15 gün öncə start verilib.

“Bakcell Arena”da keçirəcək oyunu izləmək istəyən azarkeşlər biletləri 11 satış məntəqəsindən əldə edə bilərlər.