"Arsenal"ın ulduzu 313 minlik maşını ilə qəzaya düşdü

London "Arsenal"ının hücumçusu Pyer-Emerik Obameyanq özünün 313 min avro dəyərində olan "Lamborghini"si ilə qəzaya uğrayıb. 

"Sherg.az"offsideplus.az-a istinadən xəbər verir ki, 30 yaşlı futbolçu "Mercedes" maşınını keçmək istəyərkən qəza törədib. Hadisə cümə günü "Arsenal"ın məşqindən sonra baş verib.
Qəza zamanı xəsarət alan olmayıb.