"Selta" ilə dünən La Liqanın 13-cü turunun matçında zədələnən "Barselona"nın müdafiəçisi Nelson Samedunun durumu müəyyənləşib.
"Sherg.az" goal.az-a istinadən xəbər verir ki, klubun saytının məlumatına görə, təcrübəli futbolçu 5 həftə yaşıl meydandan uzaqda qalacaq.
Xatırladaq ki, Samedu 23-cü dəqiqədə zədəsi səbəbindən Sergio Busketslə əvəzlənmək məcburiyyətində qalıb.