“Barselona” rəhbərliyi Lionel Messi ilə müqaviləni uzatmaq məqsədilə danışıqlara başlayıb.
Bu barədə İspaniyanın idman dərgisi “Marca” yazıb.
Məlumatı “Barselona”nın direktoru Erik Abidal verib.
Qeyd edək ki, hücumçunun müqaviləsi 2021-ci ilin yayına qədər olsa da, bir sıra şərtlərə əsasən, Messi klubu 2020-ci ilin yay aylarında tərk etmək hüququna malikdir.