UEFA Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək 2020-ci il Avropa çempionatının püşkatma mərhələsi üçün səbətlərin tərkibi bəlli olub.
Axar.az xəbər verir ki, 24 komanda 4 səbətə bölünüb. Onlardan 20-si hələlik məlumdursa, 4-ü Millətlər Liqasının "pley-off" mərhələsinin qalibləri olacaq.
1-ci səbət: Belçika, İtaliya (təşkilatçı), İngiltərə (təşkilatçı), Almaniya (təşkilatçı), İspaniya (təşkilatçı), Ukrayna
2-ci səbət: Fransa, Polşa, İsveçrə, Xorvatiya, Niderland (təşkilatçı), Rusiya (təşkilatçı)
3-cü səbət: Portuqaliya, Türkiyə, Danimarka (təşkilatçı), Avstriya, İsveç, Çexiya
4-cü səbət: Uels, Finlandiya, A Yolunda "pley-off"un qalibi, B Yolunda "pley-off"un qalibi, C Yolunda "pley-off"un qalibi, D Yolunda "pley-off"un qalibi
Bölgü Avropa yığmalarının ümumi reytinqi əsasında aparılıb.
Qeyd edək ki, püşkatma mərasimi noyabrın 30-da olacaq.