Türkiyənin “Ankaragücü” klubunun çeçen futbolçusu Zaur Sadayev tapılıb.
“Sport24” xəbər verir ki, o, sosial şəbəkədəki hesabından belə bir paylaşım edib:
“Sadəcə qərara gəldim ki, bu klubda daha oynamayım. Bu klubla müqaviləmi pozmuşam. Vəssalam”.
15:54
Türkiyədə rusiyalı futbolçu Zaur Sadayev itkin düşüb. Z.Sadayev “Ankaragücü” klubunda çıxış edib.
Bu barədə “Hüriyyət” qəzeti məlumat verib.
Məlum olub ki, bir müddət öncə futbolçunun atası da Krımda itkin düşmüşdü.
Hücumçunun yoxa çıxması barədə ilk xəbəri klubun baş məşqçisi Mustafa Kaplan verib. O bildirib ki, futbolçu “Ankaragücü”nü milli komandaların görüşləri zamanı tərk edib. Bundan sonra futbolçu ilə əlaqə yaratmaq mümkün olmayıb.
Qeyd edək ki, 30 yaşlı futbolçu 2019-cu ilin yay aylarında icarə əsasında “Ankaragücü”nə keçib. Zaur Sadayev daha öncə Qroznı şəhərinin “Axmet” klubunun şərəfini qoruyub.