Millimizin iki futbolçusu Barselonada məşq keçəcək

AFFA 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının (U-17) iki üzvünü İspaniyaya göndərib.

Oxu.Az xəbər verir ki, bunlar Rauf Rüstəmli (“Qəbələ”) və Musa Musazadədir (“Qarabağ”). 

Hər iki futbolçu İspaniyanın Barselona şəhərində fəaliyyət göstərən “Marset” Futbol Akademiyasına göndərilib.

Futbolçular adıçəkilən akademiyada noyabrın 25-dən dekabrın 22-dək (dörd həftə) təcrübə keçəcək, gündəlik məşqlərlə paralel nəzəri məşğələlərdə də iştirak edəcəklər.