UEFA “Qarabağ”a 159 min avro ödədi

2018/19-cu il mövsümündə UEFA Avropa Liqası klublarından mövsümün əvvəlində tutulan məbləğin ödənilməsi ilə bağlı paylanma qaydası təsdiqlənib.

Bu, UEFA-nın Klub Yarışları Komitəsinin Monakoda keçirilmiş iclasında gerçəkləşib.

Avropa Liqasında 2018/19-cu il mövsümündə çıxış edən klublar üçün məbləğin “market pool” nisbətində paylanacağı razılaşdırılıb. “Qarabağ” Futbol Klubuna ayrılan 159 min 698 avro vəsait AFFA-nın vasitəsilə klubun hesabına köçürülüb. (apasport)