Türkiyə millisinin keçmiş üzvü, ulduz futbolçu Arda Turanın yenidən “Qalatasaray”a qayıtması məsələsi gündəmə gəlib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Təqvim” qəzeti məlumat yayıb.
Qəzetin bildirdiyinə görə, Arda Turan “Qalatasaray”a qayıtmaq istədiyini və heç bir məbləğ tələb etməyəcəyini deyib.
Bununla yanaşı, “Barselona”nın da “Qalatasaray”dan transfer qarşılığında pul istəməyəcəyi vurğulanıb.
Qeyd edək ki, hazırda “Başakşəhər”in heyətində icarə əsasında çıxış edən A.Turanın “Qalatasaray”la matçda Fatih Terimin əlini öpməsi futbolçunun yenidən “sarı-qırmızılılar”a qayıdacağı kimi dəyərləndirilib.